Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü, Azərbaycan və Özbəkistan münasibətləri

0

  •        Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, MDB və Türkdilli dövlətlər Başçılarının Forumu çərçivəsində Azərbaycan və Özbəkistan dövlətləri arasında sıx əməkdaşlıq qurulub. Azərbaycan Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki ölkə istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqedə olurlar. Özbəkistan həmişə Dağlıq Qarabağ probleminin dinc, siyasi vasitələrlə həllinə tərəfdar çıxıb. Özbəkistan ilə Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər olub. Hələ 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev  Türkdilli ölkələrin Dövlət Başçılarının Daşkənddə keçirilmiş IV Zirvə görüşündə iştirak edib. 2004 - 2010-cu illərdə İlham Əliyevin Özbəkistana rəsmi səfərləri olub. İki ölkə arasında dostluq əlaqələri, ümumi dəyərlərə və tarixi bağlılıqla yanaşı, ikitərəfli səfərlər və görüşlər zamanı imzalanmış bir sıra birgə bəyanatlar və müqavilələrə əsaslanır. İki qardaş ölkə arasında münasibətlərinin tarixi uzaq əsrlərə gedib çıxır. Bu ölkələrin əsasən yaxın milli adət və ənənələri, ümumi dil qrupu, mədəniyyəti və din birləşdirir. İllər keçdikcə iki ölkə arasındakı münasibətlər daha da inkişaf edir. Cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərini daha da dərinləşdirir. Bu il oktyabrın 19-da Özbəkistanın Daşkənd, Buxara, Nəvazi və  Səmərqənd şəhərlərində "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" keçirilib.         Özbəkistan Respublikası hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləmiş, Vətən müharibəsi zamanı yanımızda olmuş və torpaqlarımızın işğaldan azad olunmasına sevinən qardaş ölkədir. Zəfər günümüzü Özbəkistanda geniş şəkildə qeyd etməsi və bizim sevincimizə şərik olaraq əsl dostluq və qardaşlığın göstəricisidir. Özbəkistan yeganə xarici ölkədir ki, işğaldan azad edilmiş ərazilərimizdə tikinti layihəsi ilə yardım göstərir. 2021-ci ilin  noyabrında İstanbulda Türk dövlətləri Təşkilatın VIII Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük  məktəb inşa edəcəyini bildirdi. Özbəkistan öz maliyyə hesabına Füzulidə tikilən orta məktəb binası xalqlarımız arasında dostluğun simvoludur. Bu məktəbin kişiləri hər iki ölkənin qardaşlığının yeni rəmzi olacağına inanırıq. Ümumiyyətlə Özbəkistanla əlaqələrimiz tarixin ən yüksək dövrünü yaşayır. 10 Noyabr 2022-ci idə ölkə başçımız İlham Əliyev Özbəkistanın Səmərqənd şəhərinə səfər edib. Türk DövlətləriTəşkilatının liderləri IX Sammitində iştirak edib. Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının ilk Zirvə toplantısı Naxçıvanda baş tutub. Bu birlik təşkilata çevrildi. Təşkilata çevrildikdən sonra ilk Zirvə toplantısının Səmərqənddə keçirilməsinin bir əlaqəsi var. TDT yeni dünya düzənində daha da güclənir. Səmərqənddə keçirilən bu toplantıda "Türk sivilizasiyasının yeni dövrü, birgə inkişaf və tərəqqiyə doğru" mövzusunda müzakirələr aparıldı.         Noyabrın 11-də Səmərqənddə Türk dövlətləri Təşkilatın IX Zirvə görüşü keçirilib.  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də tədbirdə iştirak edib.  Dövlətimizin başçımız görüşdə çıxış edib. O, çıxışında son 7 ayda 3 dəfə qardaş Özbəkistanda səfərdə olduğunu vurğulayıb. Aprel ayında Özbəkistanda dövlət səfəri, sentyabrda ŞƏT-in  üzv ölkələrinin Zirvə görüşündə, bu gün də Səmərqənd şəhərində olmağından məmnunluğunu bildirib. Bu səfərində Özbəkistanda gedən genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olub. Bu görüşün yüksək səviyyədə təşkilinə  və qonaqpərvərliyinə görə Prezident Şavkat Mirziyoyevə minnətdarlığınıbildirib. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhvəsini verib. Bundan sonra da türk dünyasının birliyi amalına sadiq qalacaq. Türk dünyası böyük bir ailədir. 200 milyondan  çox insanın yaşadığı bir coğrafiyanı əhatə edir. Böyük iqtisadi potensiala,enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Kənarda yaşayan 40 milyon azərbaycanlıların əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Cənab Prezidentimiz eyni zamanda Azərbaycan və Ermənistan münasibətləri ilə də ətraflı çıxış edib. Bu münaqişənin başa çatdığını vurğulayıb. Bütün bunları nəzərə alaraq demək olar ki, etnik,dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan -Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Bu əməkdaşlıq həm ölkələrimiz, xalqlarımız üçün həm də, Türk dünyasının inkişafına töhvəsini verəcək.Aydın Əliyev,Xocalı ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib31 dəfə
    Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü Azərbaycan Özbəkistan münasibətləri

    Maraqlı gələ bilər
    31
    53